"Sumqayıt" Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.
"Unikal" xəbər verir ki, Saşa İliçin komandası Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gəlib. Görüşdə "Osiyek" 2:0 hesabı ilə qalib gəlib.
"Osiyek" hazırda Xorvatiya çempionatında 18 turdan sonra 14 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. Komanda bu gün "Qarabağ"la da yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama matçında Macarıstan “Pakş”ına 1:5, 2-ci sınaq oyununda Serbiyanın “OFK Belqrad” klubuna 1:4 hesabı ilə uduzub
