ABŞ prezidenti Donald Tramp bildirib ki, Danimarka dərhal Qrenlandiyanı tərk etməlidir.

"Unikal" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb. 

O bildirib ki, ABŞ Qrenlandiyanı əldə etməsə, ada Rusiyaya və ya Çinə keçə bilər.

Bundan əlavə, Amerika prezidenti hesab edir ki, Qrenlandiya ABŞ-ın əlinə keçərsə, NATO daha təsirli və qüdrətli olacaq və alyansın bu addımı dəstəkləməli olduğunu vurğulayıb.