Fransa Qrenlandiyada ilk konsulluğunu fevralın 6-da açacaq. 

"Unikal" "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib.

Barrotun sözlərinə görə, Qrenlandiyanın paytaxtı Nuukdakı diplomatik missiya ABŞ prezidenti Donald Trampın ifadə etdiyi ekspansionist mülahizələrə cavab olaraq Fransanın mövqeyini nümayiş etdirmək məqsədi daşıyır. 

Qeyd edək ki, hazırda Qrenlandiyada yalnız bir neçə ölkənin, o cümlədən ABŞ və İslandiyanın konsulluqları var. Kanada da yaxın həftələrdə ofis açmağı planlaşdırır ki, bu da muxtar bölgəyə beynəlxalq diqqətin artdığını göstərir.

Ağarza Elçinoğlu