Folklor musiqisi nümunələri orijinal və ya yenidən işlənilmiş formada audio və ya video yazılacaq, fonoqram bazası yaradılacaq.
"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nda əksini tapıb.
Sözügedən layihə 2026-2030-cu illərdə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi tərəfindən hazırlanıb icra ediləcək.
