İranın milli valyutası olan rial ölkədəki kütləvi etirazlar fonunda tarixi çöküşünü yaşayır. 

"Unikal" xəbər verir ki, rial dollar və avro qarşısında faktiki olaraq “0,00” səviyyəsinə enib.

Azərbaycan manatı ilə münasibətdə də vəziyyət oxşardır. Belə ki, hazırda bir milyon İran rialı 1 manat 59 qəpiyə bərabərdir. 

Məlumatlara görə, valyutanın rekord səviyyədə ucuzlaşması ilə paralel olaraq inflyasiya sürətlə yüksəlib, ərzaq və əsas istehlak mallarının qiymətləri kəskin artıb. Yaşayış xərclərinin dözülməz həddə çatması əhalinin əsas narazılıq səbəblərindən birinə çevrilib.

Ağarza Elçinoğlu