"2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması və birgə bəyannamənin qəbul edilməsi Cənubi Qafqazda sülhü bərqərar etdi və bu, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində görülən işlərdə də özünü göstərir".

"Unikal" xəbər verir ki, bunu Ermənistan Respublikası xarici işlər nazirinin müavini Robert Abisoqomonyan deyib. 

Diplomatın sözlərinə görə, bu sülh Ermənistana müxtəlif proseslərdə daha fəal iştirak etməyə və öz gündəliyini irəli sürməyə imkan verir: "Məsələn, əvvəllər çoxtərəfli platformalarda bu və ya digər təşəbbüs üçün tez-tez süni maneələr yaradılırdısa, indi onlar azalıb və ya tamamilə yoxdur.

Demək olar ki, bərqərar olmuş sülh nəticəsində Ermənistan təhlükəsizlik məsələləri ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində inkişaf gündəliyində, iqtisadi infrastrukturda və iqlim məsələlərində də daha fəal iştirak edib ki, bu da Ermənistan üçün son dərəcə vacibdir".

Ağarza Elçinoğlu