Tovuzda yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib. Bakı istiqamətində hərəkətdə olan "Mercedes" markalı sərnişin avtobusu ilə "VAZ 2106" toqquşub. Qəza zamanı "VAZ 2106"nın sürücüsü - 1988-ci il təvəllüdlü Zaur Həsənov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb. Qəzaya düşən sərnişin avtobusunun sərnişinləri başqa avtobusla yola salınıb. Hadisə zamanı sərnişin avtobusuna və minik maşınına ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

Tural Əhmədov