Prezident Donald Tramp ABŞ-nin 66 beynəlxalq təşkilatdan çıxması ilə bağlı fərman imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
"Bu gün Prezident Donald Tramp ABŞ-nin artıq Amerikanın maraqlarına xidmət etməyən 66 beynəlxalq təşkilatdan çıxmasını nəzərdə tutan Prezident Memorandumunu imzalayıb", - bəyanatda deyilir.
Amerika liderinin sərəncamına əsasən, ABŞ-nin bütün federal qurumları 31 BMT strukturunun və 35 qeyri-BMT strukturunun işində və maliyyələşdirilməsində iştirakını dayandırmalıdır.
Gülayə Mecid
