Hacıqabul rayonu ərazisində 3 avtomobil toqquşub.
"Unikal" xəbər verir ki, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Hacıqabul rayonu ərazisində qeydə alınıb. Yol qəzası zamanı "Qazel" markalı yük maşını və "Kia" markalı iki minik maşını toqquşub. Hadisə nəticəsində xəsarət alan şəxslər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qəza zamanı yoldan çıxan “Qazel”in yük yerində olan iribuynuzlu heyvan isə tələf olub.
Faktla bağlı araşdırma aparılır.
