Ukraynaya daha iki “Patriot” hava hücumundan müdafiə sistemi təhvil verilib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, yeni sistemlər ölkə şəhərlərinin və mühüm infrastruktur obyektlərinin qorunmasında istifadə olunacaq.
Ukrayna müdafiə nazirinin sözlərinə görə, sözügedən HHM sistemləri Almaniya hökuməti ilə əldə olunan razılaşma çərçivəsində təqdim edilib.
