Rusiyalı telejurnalist Vladimir Solovyova sui-qəsd cəhdində ittiham olunan şəxslərin məhkəməsi baş tutub.
"Unikal" TASS-a istinadən xəbər verir ki, məhkəmə iclası zamanı təqsirləndirilən şəxslərdən biri Andrey Pronskinin səs yazısı dinlənilib. Səsyazmada kişi tərəfdaşları ilə Solovyovu pizza ilə zəhərləmək istəyiblər.
Səs yazısında təqsirləndirilən şəxslərdən biri jurnalistin avtomobilinin sükanına və digər salon hissələrinə zəhərli maddələrin səpilməsini də təklif edib. İkinci plan sonda etibarsız olub. Müttəhimlər Solovyovun avtomobilini əldəqayırma bomba ilə partlatmaq qərarına gəliblər.
İkinci müttəhim Vladimir Belyakov jurnalistə qarşı siyasi nifrət bəslədiyini etiraf edib. O, həmçinin jurnalistin avtomobilini yandırmaq üçün onu təqib etdiyini, lakin onu öldürmək niyyətinin olmadığını bildirib.
Gülayə Mecid
