Həyat bəzən gözlənilməz sürprizlərlə dolu olur.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı 500 dollara (850 AZN) kiçik bir anbar alıb. Kişi anbara ilkin baxış keçirib və bir seyf tapıb. 

Seyfin içərisindən nə az, nə də çox, düz 7,5 milyon dollar nağd pul çıxıb.  Həyatının şokunu yaşayan amerikalı anbarın keçmiş sahibi ilə əlaqə saxlayıb və pulu ona geri qaytarıb. 

Keçmiş anbar sahibi bunun qarşılığında kişiyə 1,2 milyon dollar pul bağışlayıb. 

Seymur Əli