Almaniya kanslerinin Braziliya ilə bağlı diqqətsiz açıqlaması beynəlxalq qalmaqala səbəb olub.

"Unikal" xəbər verir ki,  Fridrix Merz Braziliyanın Belem şəhərində keçirilən beynəlxalq iqlim konfransında iştirak edib. Daha sonra "buradan mümkün qədər tez çıxıb Almaniyaya qayıtmaqdan çox xoşbəxt olduğunu" bəyan edib. 

Bu, braziliyalıların xoşuna gəlməyib. Hətta prezident Lula da Silva da Merzin ifadəsinə münasibət bildirib. Braziliya lideri bildirib ki, Berlin Belemin həyat keyfiyyətinə və xidmətlərinə belə yaxınlaşa bilmir. Rio-de-Janeyro meri isə birbaşa onu təhqir edib. 

"Həmkarlarım və dostlarım çox nəzakətlidir. Amma mən sizə onların əslində nə düşündüklərini söyləyəcəyəm: Hitlerin oğlu, əclaf və nasist", - siyasətçi deyib.