Ermənistan hakimiyyəti 44 günlük müharibə barədə hələ sentyabrın ortalarında məlumat alıb.
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan açıqlayıb.
"Müharibənin ən azı 2 gün əvvəl başlaması ilə bağlı hökumətin etibarlı kəşfiyyat məlumatlarına malik olması da təsdiqlənmiş faktdır. Ermənistan hakimiyyəti müharibənin bərpası barədə hələ sentyabrın ortalarında məlumatlandırılıb, lakin hakimiyyət lazımi nəticə çıxarmayıb.
Müharibənin qaçılmaz nəticələrinə və ağır itkilərinə görə ilk növbədə məsuliyyət daşıyan şəxs güc piramidasının başında duran şəxsdir. Onun hərəkətləri və lazımi qərarların olmaması ölkə üçün heç vaxt bitməyən müsibətlər silsiləsini təmin edib", - Abramyan sosial şəbəkə hesabında yazıb.
Ağarza Elçinoğlu
