ABŞ-nin süni intellekt şirkəti olan "Firebird" Dell və NVIDIA ilə tərəfdaşlıq çərçivəsində Ermənistana ilkin olaraq 500 milyon dollarlıq investisiya yatırıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ səfirliyinin bəyanatında deyilir.
"Bu əhəmiyyətli irəliləyiş 8 avqustda Vaşinqton Zirvə Toplantısında imzalanmış Süni İntellekt və Yarımkeçirici Tərəfdaşlıqlar üzrə Anlaşma Memorandumuna əsaslanır. Bu, həmçinin Ermənistan-Amerika ticarət və investisiya münasibətlərində irəliyə doğru atılmış mühüm addımdır", - deyə məlumatda qeyd olunub.
Ağarza Elçinoğlu
