Göygöldə qəzada ölənlərin adları məlum olub.
"Unikal"ın məlumatına görə, ölən şəxlər Şəmkir rayon sakinləri, avtomobilin sürücüsü 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və sərnişin 1990-cı il təvəllüdlü
Abid Əhlimanlıdır.
Qeyd edək ki əraziyə FHN-nın Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib. Avtomobildə olan iki nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Fakt araşdırılır.
***06:23
Göygöldə ağır qəza olub.
"Unikal"ın məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı iki nəfər həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
