44 günlük Vətən müharibəsi şəhidlərimiz, Ağstafa rayonunun Muğanlı kəndindən olan Aqil Fazil oğlu Bağırovun qardaşı Uğurun və Göycəli kəndindən olan Qurban Aydın oğlu Mehtizadənin bacısının övladı İlkin balamızın “kiçik toy”ları baş tutub.
"Unikal" xəbər verir ki, şəhidlərimizin ailələrinin sevincli günlərində iştirak edənlər sırasında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və məsul şəxslər də yer alıblar.
Vətənimizə azadlıq və suverenlik bəxş edən qəhrəman şəhidlərimizə Allahdan rəhmət, onların ailə üzvlərinə, doğmalarına xoşbəxt və firəvan ömür arzu edirik!
