Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində Kuçerov Yar kəndini Rusiya ordusundan geri alıblar.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Hava Desant Qüvvələri "Facebook"da məlumat yayıb.

Əməliyyatda Hava Desant Qüvvələrinin 132-ci əlahiddə kəşfiyyat batalyonu xüsusilə fərqlənib.

Məlumata görə, əməliyyat zamanı ukraynalı hərbçilər 50-dən çox rusiyalı əsgəri əsir götürüblər.