Moskvanın qərbində yerləşən “Krılatski” ticarət mərkəzində binanın girişində qumbaraya bənzər əşya aşkar edilib.

"Unikal" xəbər verir ki, bu  barədə Rusiya KİV məlumat dərc edib.

Bunun fonunda ticarət mərkəzindən 100-ə yaxın insan təxliyə edilib, əraziyə bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər cəlb olunub, təhlükə zonası mühasirəyə alınıb.