Tovuzda qatarın vuraraq öldürdüyü şəxsin adı məlum olub.

"Unikal"ın məlumatına görə, ölən şəxs Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Ədalət Nərimanlıdır.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

***

14 oktyabr, saat  20:32

Tovuzda qatar adam vurub.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Böyük-Kəsik dəmir yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan qatar dəmir yolu xətti keçmək istəyən orta yaşlı kişini vurub. O, dünyasını dəyişib.

Əraziyə polis və Təcili Tibbi yardım briqadası cəlb edilib.

Tural Əhmədov