Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən "Unikal"a verilən məlumata görə, Balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar sabah saat 10:00-dan etibarən Sumqayıt şəhəri, Novxanı şossesi ərazisində yerləşən 800 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.

Qurumdan bildirilib ki, görüləcək tədbirlər yekunlaşdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.