Yardımlıda şagirdin döyülməsi iddiası ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi açıqlama verib.
"Unikal" xəbər verir ki, açıqlamada deyilir ki, sosial şəbəkələrdə Yardımlı rayonu İlqar Şəkərov adına Hamarkənd kənd tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı qeyd edirik ki, hazırda hüquq-mühafizə orqanları və Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, bir müddətdir ki, sosial şəbəkələrdə Elnur Məlikov adlı Yardımlı sakinin 5-ci sinifdə oxuyan oğlunun müəllim tərəfindən döyüldüyü barədə iddialar yayılıb.
Xəlil Əliyev
