Bakının Badamdar qəsəbəsindəki maşın bazarında yerləşən "36A" avtomobil salonunun sahibi Cavad Əliyev obyektinin yaxınlığındakı ağacı kəsib. 

Bu barədə "Unikal"a həmin bazarda fəaliyyət göstərən Rizvan Mehdiyev məlumat verib. O bildirib ki, Cavad Əliyev mağazasında işləyən Bəxtiyar və qaynı İlham adlı şəxslərlə birlikdə ağacı kəsib:

"Görüntülər sentyabr ayının 30-da lentə alınıb. Ondan bir həftə əvvəl isə ağacın dibinə dizel yanacağı tökürdülər ki, qurusun. Onlar bu əməli törədəndə mən həmin şəxslərə irad bildirdim. Cavad isə xəbərdarlığa məhəl qoymadı və qeyri-etik ifadələr işlətdi. 

Daha sonra Cavad mənimlə mübahisə etməyə başladı. İki nəfər idilər. Biri məni tutdu, digəri isə başıma ağac parçası ilə zərbə endirdi. Xəsarət aldım.

Xəsarətimlə bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan rəy almışam. Hazırda bu işlə bağlı polisdə araşdırma aparılır", - deyə R.Mehdiyev əlavə edib.

Murad İbrahimli