Azərbaycan Ordusunun hərbi qulluqçusu dünyasını dəyişib.

"Unikal"ın əldə etdiyi məlumata görə, əsgər İbrahimli Əli Ramin oğlu oktyabrın 5-də axşam saatlarında kəskin ürək-ağciyər çatışmazlığından vəfat edib.

Müdafiə Nazirliyi faktı saytımıza təsdiqləyib.

Qeyd edək ki, mərhum oktyabrın 6-da Şəmkirdə torpağa tapşırılıb.

Faktla bağlı araşdırma aparılır.

Anar Kəlbiyev