Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qəzza münaqişəsinin həllində vasitəçilik səyləri onun amerikalı həmkarı Donald Trampın Nobel Sülh Mükafatını qazanmasına müsbət təsir göstərə bilər.

"Unikal" xəbər verir ki,  bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat dərc edib. 

“Tramp Nobel mükafatını qazanarsa, bunda Ərdoğanın töhfəsi çox böyük olacaq”, -  qəzetin köşə yazarı Abdulkadir Selvi yazıb. 

Bundan əvvəl Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində Qəzza zolağı ilə bağlı sülh planının birinci mərhələsinin bu həftə başa çatacağını açıqlamışdı.

Gülayə Mecid