Tovuzda yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Aşağı Öydüzlü kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı ışıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü xəsarət almasa da avtomobilə və elektrik təsərrüfatına ciddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov