Sabiq səhiyyə naziri Oqtay Şirəliyev dəfn edilib.

"Unikal" xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə mərhumun yaxınları, nazirlər və bir sıra rəsmi şəxslər iştirak edib

*** 

Ötən gün vəfat edəm sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimi başa çatıb

"Unikal" xəbər verir ki, sabiq nazir Yasamal qəbiristanlığında torpağa tapşırılacaq. 

*** 10:53

Ötən gün vəfat edəm sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimi başlayıb. 

"Unikal" xəbər verir ki, vida mərasimi Təzəpir məscidində keçirilir. 

Mərasimə mərhumun yaxınları, səhiyyə naziri Teymur Musayev, Tibbi Ərazi Bölmələrinin idarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və digər vəzifəli şəxslər qatılıb.

Müxbir: Anar Kəlbiyev

Foto: Turqut Sultan