“Azerbaijan Ground Services” MMC – “Məntəqə nəzarətçisi” vakansiyasına işçi qəbulu elan edilir!

"Unikal" işçilərin vəzifə öhdəliklərini təqdim edir:

-    Sahə üzrə Azərbaycan Respublikasının qüvvədə olan qanunlarından, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarından xəbərdar olmaq;

-    Digər normativ-hüquqi aktları, Cəmiyyətin əmr, qərar və sərəncamlarını, Cəmiyyətin Nizamnaməsini, şöbənin Əsasnaməsini, Cəmiyyət rəhbərliyinin tapşırıq və göstərişlərini bilməli və onlara əməl etmək;

-    Sərnişindaşıma ilə bağlı texnoloji prosesə riayət etməklə, təsdiq olunmuş hərəkət cədvəlinin tələblərinə uyğun olaraq avtobusların platformaya verilməsini və vaxtında yola salınmasını təmin etmək;

-    Platformaya verilən avtobusların üz tərəfində aidiyyəti trafaretlərin olmasına nəzarət etmək;

-    Biletlərin əvvəlcədən və ya gündəlik satışı cədvəllərindəki qeydlər sərnişinlərin tutduğu yerlərin sayına uyğun gəlmədikdə və artıq satılmış biletlər aşkar edildikdə, səbəblərinin aydınlaşdırılması üçün yuxarı rəhbərliyə məlumat vermək.

-    Namizədə tələblər:

-    Ali və ya orta ixtisas təhsili (nəqliyyat, logistika və ya idarəetmə sahəsində olması üstünlükdür);

-    Cəmiyyət rəhbərliyinin şöbə qarşısında qoyduğu tapşırıqlara operativ yerinə yetirmək;

-    Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına riayət etmək;

-    Əmək qanunvericiliyinin tələblərini pozmamaq;

-    Daxili nizam-intizam qaydalarına əməl etmək;

-    İş zamanı geyim formasında (mövsümi) olmaq;

-    Təlimatla müəyyən edilmiş vəzifə və funksiyaları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
İş şəraiti:

-    Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq növbəli iş həftəsi;

-    İş yeri: Bakı Beynəlxalq Avtovağzal Kompleksi;

-    Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.

Mövcud vakansiya ilə maraqlanan namizədlər ir@bbak.az elektron poçt ünvanına, mövzu xanasına “Məntəqə nəzarətçisi” yazaraq CV göndərə bilərlər.