Qaradağda “01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, rayon icra hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon prokurorluğunun şəxsi heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov “01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə bütün prokurorluq işçilərini təbrik edib. Süleyman Mikayılov Prokurorluq orqanlarının cinayətkarlığa qarşı mübarizə aparmasından, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunması, ictimai təhlükəsizliyi təmin etmək kimi məsul vəzifənin öhdəsindən uğurla gələrək, fəaliyyətinin 107 ili ərzində uzun, tarixi və şərəfli bir yol keçdiyini vurğulayıb. Prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd edib. O, bu gün Prezident İlham Əliyevin prokurorluq əməkdaşlarına həmişə diqqət və qayğıkeşliklə yanaşmasından, prokurorluq əməkdaşlarının sosial problemlərinin həll edildiyindən, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılması üçün atılan addımlardan danışıb.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı tərəfindən bir neçə prokurorluq əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
