Goranboy Rayonunda İcra Hakimiyyəti Başçısının, rayonun digər rəhbər şəxslərinin, rayon Prokurorluğu əməkdaşlarının və bir qrup rayon fəallarının birgə iştirakı ilə, Prokurorluq işçilərinin Peşə bayramı ilə bağlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Sonra rayon Prokurorluğunun inzibati binasında davam edən tədbiri giriş sözü ilə açan icra başçısı Məhərrəm Quliyev Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkədə təkmilləşdirilmiş və Prezident cənab İlham Əliyev tərəfindən müasir islahatlarla daha da formalaşdırılmış prokurorluq orqanlarının fəaliyyətindən söhbət açıb.
Prokurorluq işçilərini təbrik edən icra başçısı peşə fəaliyyətlərində onlara uğurlar arzulayıb. Rayon prokurorluğunun bir qrup əməkdaşı rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif ediliblər.
