Varşava və NATO ölkələri Polşanın hava məkanını pozan hərbi təyyarələri vurmağa hazırdır.

"Unikal" xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış yerli mətbuata açıqlamasında deyib. 

Nazir vurğulayıb ki, komandirlər “Polşanı müdafiə edəcək” qərarlar vermək hüququna malikdirlər. Nazir bildirib ki, pilotsuz təyyarələrdə olduğu kimi hərbçilərə də təyyarələrlə bağlı yaşıl işıq yandırılıb.