Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı Azərbaycan Prokurorluğu ilə yanaşı, Rusiya prokurorluğunda araşdırma aparılır.

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, Rusiyada da zor tədbiq edilməsi və işgəncə faktları bağlı ayrıca istintaq aparılır:

"Bu işlə də Rusiya ilə əməkdaşlıq edirik, əməliyyat tədbirləri ilə əsaslı güc tədbiq edilməsi və işgəncə verilməsi faktlarını nəzərdə tuturam. Qanuni və məntiqli sonu olacağına inanıram".