Almaniyanın "Şimal axını" boru kəmərində terror aktında əli olmaqda şübhəli bilinən Ukrayna vətəndaşı Polşada saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Polşa KİV-ləri məlumat dərc edib.
"Polşa "Şimal axını" qaz kəmərində baş verən partlayışda Almaniya tərəfindən şübhəli bilinən ukraynalı Vladimir Z.-ni saxlayıb. O, Almaniya məhkəməsi tərəfindən verilən Avropa həbs qərarı əsasında axtarışa verilib", - məlumatda deyilir.
