Vaşinqtonda Ağ Evin yaxınlığında atışma baş verib.
"Unikal" xəbər verir ki, atışma nəticəsində 1 nəfər yaralanıb. Zərərçəkənin vəziyyəti ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.
Hadisə Vaşinqton Abidəsi ilə ABŞ Holokost Memorial Muzeyi arasında baş verib.
"Əl-Cəzirə"nin məlumatına görə, Ağ Ev mühasirəyə alınıb və hadisə yerində olan jurnalistlər brifinq otağında toplanıblar.
