İtaliya Respublikasının Baş naziri Ciorcia Meloni Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Unikal" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Baş naziri Ciorcia Melonini hava limanında Azərbaycanın Baş nazirin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.