Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, səs rejissoru Rasim Mehdizadə dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, 51 yaşlı rejissor tanınmış aktrisa Günəş Mehdizadənin (Tegin) həyat yoldaşıdır. O, böyrək çatışmazlığından vəfat edib. Cütlüyün iki övladı var. 

Qeyd edək ki, Günəş Tegin "Vətəndaş A" serialından Almaz obrazı ilə tanınır.