Türkiyə və Ermənistan İrəvanda Ani körpüsünün bərpası ilə bağlı saziş imzalayıblar.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz paylaşım edib. 

"Nizamlama prosesində atılan qarşılıqlı konstruktiv addımlar konkret nəticələr verir. İnanırıq ki, bu gün Anlaşma Memorandumunu imzaladığımız Ani Körpüsünün birgə bərpası kimi simvolik və konkret əməkdaşlıq sahələri də davamlı sülh və təhlükəsizlik atmosferinin formalaşmasına töhfə verəcək", - deyə Yılmaz qeyd edib. 

Görüş zamanı nəqliyyat, gömrük, enerji, rəqəmsal infrastruktur və kommunikasiya sahələrinin gücləndirilməsinə yönəlmiş addımlar da müzakirə olunub.

Türkiyənin vitse-prezidenti Paşinyana qonaqpərvərliyinə görə təşəkkür edib.

Ağarza Elçinoğlu