"Ümid edirik ki, 2028-ci ildə Azərbaycana səfər etmək imkanı olacaq".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin plenar iclasında çıxışı zamanı bildirib.

"Yeri gəlmişkən, Ermənistan və Azərbaycan bu sammitlərə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini qarşılıqlı olaraq dəstəkləyiblər. Tarixdə ilk dəfə olaraq Türkiyə Prezidenti ilə ilk ikitərəfli görüşüm Avropa Siyasi Birliyinin birinci sammiti çərçivəsində baş tutdu. İndi Türkiyənin vitse-prezidenti buradadır, İrəvanda keçirilən bu sammitdə iştirak edir və Ermənistana səfər edən Türkiyənin ilk vitse-prezidentidir", - deyə Paşinyan qeyd edib.

Ağarza Elçinoğlu