"Bu yay Putinin nə edəcəyinə, müharibəni genişləndirəcəyinə, yoxsa diplomatiyaya keçəcəyinə qərar verməli olduğu an olacaq".
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda keçirilən Avropa Siyasi Birliyinin plenar iclasında çıxışı zamanı deyib.
Zelenski bildirib ki, prosesi diplomatiyaya doğru yönəltmək lazımdır: "Ermənistan və Azərbaycana yalnız sülh arzulayırıq. Bu, əlbəttə ki, sabit, hərtərəfli və davamlı olacaq. Prezident İlham Əliyev, cənab Baş nazir, bunu hər ikinizə, hər iki dövlətə arzulayırıq. Rusiyanın Ukraynaya qarşı müharibəsi əvvəlki kimi şiddətlə davam edir.
Rusiya 9 mayda Moskvada parad keçirəcək və əgər bu baş verərsə, ilk dəfə olaraq hərbi texnikalarını nümayiş etdirə bilməyəcəklər. Bu, onların güclü olmadığını göstərir və biz onlara qarşı sanksiyalarımızı davam etdirməliyik. Rusiyanın kölgə neft donanmasına qarşı mübarizə aparan hər kəsə təşəkkür edirəm. Bu müharibə davam etdiyi müddətcə istənilən müdafiə dəstəyi proqramı vacibdir".
Ağarza Elçinoğlu
