Ağdaşda ağır yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu Ləki qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “Mercedes” markalı yük avtomobili ilə “TIR” toqquşub. Nəticədə “Mercedes”in sürücüsü 36 yaşlı Heydər Hüseyngil hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Ehtiram Muradov
