Braziliyanın Minas-Jerays ştatının paytaxtı Belo-Orizonti şəhərinin şimal-şərqində yerləşən Silveira rayonunda kiçik bir mühərrikli təyyarə yaşayış binasına çırpılıb.
"Unikal" xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb.
Təyyarə yerli vaxtla saat 12:16-da eyni ştatın paytaxtında yerləşən Pampulya aeroportundan havaya qalxıb.
Yanğınsöndürmə xidmətinin məlumatına görə, qəza zamanı təyyarənin göyərtəsində 5 nəfər olub. Pilot və bir sərnişin həyatını itirib, digər 3 nəfər yaralanaraq João XXIII xəstəxanasına yerləşdirilib.
Binada olan heç kim xəsarət almayıb.
Yanğınsöndürmə xidməti tərəfindən binadakı bütün sakinlər təxliyə edilib.
