Böyük Britaniyanın Baş naziri Kir Starmer erməni jurnalistin Azərbaycanda həbsdə olan müharibə cinayətləri törətmiş separatçılarla bağlı təxribatçı sualını cavablandırmayıb.

"Unikal" xəbər verir ki, 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısına gələn Kir Starmer jurnalistlərin suallarını cavablandırıb, lakin o, Ermənistan vətəndaşları ilə bağlı şərh verməkdən çəkinib.

Starmer sualı cavablandırmadan brifinq zonasını tərk edib.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri barəsində ömürlük həbs qərarı verilib.