Xəbər verdiyimiz kimi, Moldovada parlament seçkilərində səsvermə başa çatıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ilkin nəticələrə görə, prezident Maya Sandunun Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyası Moldova yeni parlamentində yerlərin mütləq əksəriyyətini qazanıb.

Moldova Mərkəzi Seçki Komissiyası bildirib ki, seçki məntəqələrindən daxil olan məlumatların 97,93%-ni sayıb və nəticələr aşağıdakı kimidir:

PAS - 49,54%;

Vətənpərvərlər Bloku - 24,57%;

Alternativ Blok - 8,07%;

Daxildə demokratiya - 6,25%;

Bizim partiya - 5,66%.

Qeyd edək ki, yerdə qalan siyasi partiyalar səslərin 1%-i keçmir, ona görə də onlar parlamentə daxil ola bilməyəcəklər.

***22:35

Moldovada parlament seçkilərində səsvermə başa çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyası məlumat yayıb. 

Səsvermə zamanı seçici fəallığının 51% (1,5 milyon seçici) olduğu və səsvermənin baş tutması üçün 33,3%-lik həddi keçdiyi bildirilir.