Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış şanlı Zəfər yürüşümüzün - Vətən müharibəsinin başlamasından 5 il keçir.
“Unikal” xəbər verir ki, bu münasibətlə səhər saatlarından başlayaraq Vətən uğrunda şəhid olanların ailə üzvləri, rəsmi şəxslər, eləcə də ictimaiyyət nümayəndələri II Fəxri Xiyabanı ziyarət edir.
Onlar Anım Günü ilə əlaqədar məzarların önünə gül dəstələri düzür, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsini ehtiramla yad edirlər.
Zərifə Nağıyeva
