Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə "Unikal"a FHN-dən məlumat verilib.
hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Qeyd edək ki, bu gün səhər saatlarında "AzMDF" MMC-nin anbarında güclü yanğın başlamışdı.
***08:45
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə "Unikal"a FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.


















.jpg)


























.jpg)










