“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq.
“Unikal” xəbər verir ki, futbol azarkeşləri həmin kanal vasitəsilə martın 26-da baş tutacaq qarşılaşmanı izləyə biləcəklər.
Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək.
Qeyd edək ki, “Qarabağ” - “Qalatasaray” matçının bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.


























.jpeg)









.jpg)








.jpeg)



.jpg)

.jpg)





