Dekabrın 18-də, saat 15 radələrində Xırdalan şəhəri ərazisində, Quşçuluq yaşayış massivində 1959-cu il təvəllüdlü Ağaməhəmməd Əhmədovun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı arvadı 1963-cü il təvəllüdlü Bəsti Əhmədovanı öldürməsi, oğlu 1985-ci il təvəllüdlü Taleh Əhmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1, 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb.
Bu barədə "Unikal"a Abşeron rayon prokurorluğundan məlumat verilib
Bildirilib ki, A.Əhmədov şübhəli şəxs qismində saxlanılmışdır.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi həyata keçirilir.














.jpg)














.jpeg)

.jpeg)
























