Bakının Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən alınıb.
FHN-in Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, hazırda bəzi xırda tüstülənmə mənbələrinin tam söndürülməsi işləri həyata keçirilir.
Hadisə zamanı 6 nəfər xəsarət alıb. Onlardan 5-i yanğınsöndürənlərdir.
Yanğının söndürülməsinə 300 nəfər və 50 texnika cəlb edilib. Alov 2,5-3 min kvadratmetr sahəni əhatə edib.
02:05
xxx
Bakının 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə yanğın başlayıb.
Unikal.org xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.
Əlavə məlumat veriləcək.

























.jpg)



.jpg)










.jpg)

















