Bakıda mağazada oğurluq hadisəsi baş verib.
Unikal.org-un xəbərinə görə, hadisə mayın 14-də Binəqədi rayonu DSK yolunda yerləşən “Al Market”də qeydə alınıb.
Belə ki, naməlum şəxs satıcının fikrini yayındırmaqla 138 manatlıq tütün məmulatları oğurlayıb.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1970-cı il təvəllüdlü Vüqar Kərimov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.



















.jpeg)









.jpg)








.jpeg)



.jpg)

.jpg)









.jpg)


