Sumqayıtda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, qəza şəhərin əsas giriş hissəsində, Sülh prospektində qeydə alınıb. Belə ki, SOCAR-a məxsus "Hyundai" markalı mikroavtobus "KamAZ" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusun sürücüsü və onun sərnişini ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.



















.jpeg)









.jpg)








.jpeg)



.jpg)

.jpg)









.jpg)


